Güman olunur ki, Samsung şirkətinin növbəti flaqman seriyası ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq. Bu, smartfon ekranının aşağı mərkəzi hissəsində toxunuşa həssas sensor yeri olacaq. Bununla paralel olaraq şirkət mühəndisləri sözügedən texnologiyanın növbəti versiyası üzərində çalışırlar. Viveo APEX adlı konspet flaqman smartfonunu blokdan çıxartmaq üçün istifadəçi öz barmağını smartfon ekranının aşağı hissəsindəki istənilən yerinə toxundura bilərdi. Lakin Samsung şirkəti daha da irəli getmək istəyir. Belə ki, şirkətin yeni patent sorğusunda smartfon ekranının bütün hissəsini əhatə edən barmaq izi skanı texnologiyasına sahib cihazdan söhbət gedir. Bu cür sistemin necə çalışacağı hələki tam məlum deyil. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə şirkətin Çində keçirtdiyi təqdimatda smartfonların ön panellərinin tamamilə çərçivələrdən və çıxıntı hissələrindən azad edilməsinə qadir texnologiyalardan söhbət getmişdi. Şirkətin məlumatına əsasən yeni texnologiyalar vasitəsilə həmçinin ön kameraları da ekrana inteqrasiya etmək mümkündür.
Ana səhifə Yeniliklər Samsung, ekrana inteqrasiya olunmuş barmaq izi skanlı smartfonun patentini alır