Ana səhifə Bloq Səhifə 9

“IBM” kibertəhlükəsizlik problemlərinin həlli üçün süni intellektdən istifadə edəcək

ABŞ-ın “IBM” texnoloji şirkəti “IBM Security Connect” açıq platformasını təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Facenews” resursuna istinadən yazır ki, “IBM Security Connect” həm adi, həm də süni intellekt texnologiyalarından istifadə edir. Platforma istifadəçiləri kibertəhlükəsizlik məhsullarının effektivliyini artırmaq üçün onlara süni intellekt, o cümlədən “Watson” superkompüterini tətbiq edə bilərlər.

Şirkət nümayəndələrinin sözlərinə görə, “IBM Security Connect” birgə innovasiyalara yol açacaq açıq standartlardan istifadə etməklə ən ciddi təhlükəsizlik problemlərini həll etməyə kömək edəcək. “Açıq standartlar üzərində qurulan platformanın köməyi ilə şirkətlər unikal mikroservislər yarada, yeni təhlükəsizlik proqramları hazırlaya, mövcud həlləri inteqrasiya edə və ümumi açıq servislərin məlumatlarından istifadə edə biləcəklər”, – mütəxəssislər qeyd edib.

Məlumata görə, tapşırıqların yerinə yetirilməsi üçün neyron şəbəkələrin, kompüter təliminin, analitikanın və alqoritmlərdən istifadənin daxil olduğu süni intellekt kompüterlərə öz təcrübələri əsasında öyrənməyə imkan verir.

Süni intellekt (AI, Artificial Intelligence) insanın davranışını bu və ya digər şəkildə imitasiya edən kompüterdir.

Kompüter təlimi (ML, Machine Learning) kompüterlərə məlumatlar əsasında nəticələr çıxarmağa və onları süni intellekt əlavələrinə təqdim etməyə imkan verən metodlardan ibarət süni intellekt altçoxluğudur.

Dərin təlim (DL, Deep Learning) kompüter təlimi altçoxluğu olmaqla kompüterlərə daha mürəkkəb tapşırıqları həll etməyə şərait yaradır.

Şirkətlərə qarşı həyata keçirilmiş kiberhücumların sayı 55% yüksəlib

2018-ci ilin üçüncü rübündə şirkətlərə qarşı həyata keçirilmiş kiberhücumların sayı 55% yüksəlib. Bu haqda informasiya təhlükəsizliyinin təmini üzrə həllərin istehsalçısı olan “Malwarebytes” tərəfindən keçirilmiş araşdırmada deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin sözlərinə görə, pul tələb edən virusların aktivliyi xeyli yüksəlib. Qeyd edək ki, istifadəçilərə qarşı edilən belə hücumların sayı azalıb – hakerlərin əsas hədəfi təşkilat və müəssisələrdir.

Bank troyanları “Malwarebytes” şirkəti tərəfindən araşdırılmış bütün viruslar arasında şirkətlər üçün ən populyar təhdid olub. 2018-ci ilin iyul-sentyabrında belə haker hücumlarının sayı 84% yüksəlib.

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, layihə barədə komitə sədri Aqiyə Naxçıvanlı məlumat verib.

Sənədlə Azərbaycanda uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın növləri müəyyənləşib. Parlament layihəni qəbul edərsə, 2020-ci ilin yanvarın 1-də qüvvəyə minəcək.

Qanun layihəsinin 4-cü (Uşaqlar üçün zərərli informasiyanın növləri) maddəsinə əsasən, uşaqlar üçün zərərli informasiyaya bunlar aiddir:

4.1.1. Bu Qanunun 4.2-ci maddəsinə uyğun olaraq uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya,

4.1.2. Bu Qanunun 4.3-ci maddəsinə uyğun olaraq müəyyən yaş qrupuna aid olan uşaqlar arasında

dövriyyəsi məhdudlaşdırılan informasiya (dövriyyəsi məhdudlaşdırılmış yaş qrupuna münasibətdə).

4.2. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir:

4.2.1. zorakılığı və qəddarlığı təbliğ edən informasiya,

4.2.2. cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya;

4.2.3. uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya,

4.2.4. ailə institutunu nüfuzdan salan informasiya,

4.2.5. əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya,

4.2.6. pornoqrafik xarakterli informasiya,

4.3. Müəyyən yaş qrupuna aid uşaqlar arasında yayılması məhdudlaşdırılan informasiyaya aiddir:

4.3.1. zorakılığı və qəddarlığı nümayiş edən informasiya,

4.3.2. qeyri-məişət leksik (jarqon) məzmunlu informasiya,

4.3.3. qorxu məzmunlu informasiya,

4.3.4. Erotik məzmunlu informasiya.

Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir.

Uşaqlar arasında yayılması qadağan edilən və ya məhdudlaşdırılan informasiyanın istehsalçısı və yayıcısı bu Qanunda müəyyən müəyyən edilmiş qaydalara riayət etməyə borcludur.

Qanun layihəsinin 12-ci (Uşaqlar üçün qadağan olunan informasiya məhsullarının dövriyyəsinə dair əlavə tələblər) maddəsinə əsasən, məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına yol verilmir. Əks halda həmin informasiya məhsulunun yayılmasına yalnız bağlı qablaşdırmada yol verilir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhəddindən 150 metrdən az olan məsafədə yayılmasına yol verilmir.

Sənəddə teleradio yayımı vasitəsilə yayımlanan informasiya məhsuluna aid tələblər də müəyyən olunub.

Qanun layihəsinin 9-cu (Teleradio yayımı vasitəsilə yayımlanan informasiya məhsuluna aid tələblər) maddəsinə əsasən, teleradio yayımı vasitəsilə yayımlanan “Universal”, “6-”, “6+”, və “12+” yaş kateqoriyalarına aid informasiya məhsullarının yayımlanmasına vaxt məhdudiyyəti qoyulmur.

Xüsusi dekoderlər vasitəsilə ödənişli əsasda həyata keçirilən informasiya məhsullarının telekanallarda yayımı istisna olmaqla, aşağıdakı informasiya məhsullarının yayımına məhdudiyyət qoyulur:

1. Bu Qanunun 4.3.3-cü (Müəyyən yaş qrupuna aid uşaqlar arasında yayılması məhdudlaşdırılan informasiyaya aiddir: Zorakılığı və qəddarlığı nümayiş edən informasiya, qeyri-məişət leksik (jarqon) məzmunlu informasiya, qorxu məzmunlu informasiya, erotik məzmunlu informasiya) maddəsində nəzərdə tutulan “16+” yaş kateqoriyasına aid informasiya məhsulları – yerli vaxtla saat 7-dən saat 21-dək,

2. Bu Qanunun 4.2 (Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir: Zorakılığı və qəddarlığı təbliğ edən informasiya, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya, ailə institutunu nüfuzdan salan informasiya, əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya, pornoqrafik xarakterli informasiya) və 4.3.4-cü (erotik məzmunlu informasiya) maddələrində nəzərdə tutulan, müvafiq olaraq “18+” və “16+” yaş kateqoriyalarına aid informasiya məhsulları – yerli vaxtla saat 6-dan saat 23-dək.

“18+” yaş kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilir.

Bundan başqa, qanun layihəsində Azərbaycanda informasiya məhsulunun yaş təsnifatı əksini tapıb.

Qanun layihəsinin 5-ci (informasiya məhsulunun yaş təsnifatı) maddəsinə əsasən, uşaqlar üçün nəzərdə tutulmuş informasiya məhsullarının yaş təsnifatı aparılır.

İnformasiya məhsullarının yaş kateqoriyasına uyğun təsnifatı müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınaraq aşağıdakı kimi aparılır:

1. “universal” – istənilən yaş qrupları üzrə dövriyyəsinə məhdudiyyət qoyulmur,

2. “6 yaşadək” altı yaşı tamam olmamış uşaqlar arasında dövriyyəsinə yol verilir,

3. “6 yaşdan” – altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,

4. “12 yaşdan” – on iki yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,

5. “16 yaşdan” – on altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,

6. “18 yaşdan” – uşaqlar arasında dövriyyəsinə yol verilmir.

İnformasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması onun istehsalçıları tərəfindən həmin məhsulun Azərbaycan Respublikasının ərazisində dövriyyəsindən əvvəl müstəqil şəkildə həyata keçirilir. İnformasiya məhsulunun yayıcısı həmin məhsulun müstəqil şəkildə və ya ekspertin iştirakı ilə yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən ölkə ərazisində yaya bilməz.

İnformasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması zamanı aşağıdakılar qiymətləndirilir:

1. informasiya məhsulunun mövzusu, janrı, məzmunu və bədii tərtibatı,

2. informasiyanın müəyyən yaş kateqoriyasına aid uşaqlar tərəfindən mənimsənilməsinin xüsusiyyətləri,

3. informasiyanın uşaqların sağlamlığına və fiziki, psixi, əxlaqi inkişafına zərər vurma ehtimalı.

Təhsil müəssisələrində uşaqların təhsil və tərbiyəsi üçün nəzərdə tutulan informasiya məhsullarının qiymətləndirilməsi bu qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının təhsil haqqında qanunvericiliyinə uyğun aparılır.

Qanun layihəsinin 6-cı (İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi) maddəsinə əsasən isə “Universal” yaş kateqoriyasına aid informasiya məhsullarına uşaqların sağlamlığına və inkişafına ziyan vurmayan ümumi istifadə üçün nəzərdə tutulmuş informasiya məhsulları aid edilir.

“18 yaşdan” kateqoriyasına bu qanunun 4.2-ci (Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir: Zorakılığı və qəddarlığı təbliğ edən informasiya, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya, ailə institutunu nüfuzdan salan informasiya, əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya, pornoqrafik xarakterli informasiya.) maddəsinə əsasən uşaqlar arasında dövriyyəsi qadağan olunan informasiya məhsulları aiddir.

İnformasiya məhsulu yalnız bir yaş kateqoriyasına aid edilir.

İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qanun layihəsinin 7-ci (İnformasiya məhsulunun işarələnməsi) maddəsində informasiya məhsulunun necə işarələnməsi əksini tapıb.

İnformasiya məhsulunun işarələnməsi informasiya məhsulunun istehsalçısı və ya yayıcısı tərəfindən məhsulun və onun qablaşdırmasının üzərinə müvafiq yaş kateqoriyasına uyğun aşağıdakı işarələrdən birinin aydın şəkildə seçilən təsvirini yerləşdirməklə həyata keçirilir:

1. “6 yaşadək”- “6-” işarəsi çevrədə,

2. “6 yaşdan”- “6+” işarəsi çevrədə,

3. “12 yaşdan”- “12+” işarəsi çevrədə,

4. “16 yaşdan”- “16+” işarəsi çevrədə,

5. “18 yaşdan”- “18+” işarəsi rombda.

Ölkə ərazisində istehsal olunan kompüter və digər elektron oyunların işarələnməsi satışa çıxarılmazdan, istehlakçıya təqdim edilməzdən və ya şəbəkəyə yerləşdirilməzdən əvvəl həyata keçirilməlidir.

Aşağıdakılar istisna olmaqla, informasiya məhsulunun işarələnmədən ölkə ərazisində yayılması yolverilməzdir:

1.“Universal” yaş kateqoriyasına aid informasiya məhsulu,

2. təhsil müəssisələrində uşaqların təhsil və tərbiyəsi üçün nəzərdə tutulan informasiya məhsulları,

3. canlı efirdə yayımlanan televiziya verilişlərinin informasiya və əyləncə proqramları,

4. radio vasitəsi ilə yayılan informasiya məhsulları,

5. reklam və reklam xarakterli materiallar,

6. mədəni-kütləvi tədbirlər vasitəsilə yayılan informasiya məhsulları,

7. internet və sellülar (mobil) rabitə şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları (kino, televiziya və video filmlər (animasiya filmləri də daxil olmaqla), kompüter və digər elektron oyunlar istisna olmaqla),

8. bədii-ədəbi jurnallar və komikslər istisna olmaqla, təsviri incəsənət və bədii ədəbiyyat əsərləri.

İnformasiya məhsulunun mədəni-kütləvi tədbirlər vasitəsilə yayılması, onun aid edildiyi yaş kateqoriyasına dair işarənin tədbirin keçirilməsi barədə afişaların və digər elanların, həmçinin onu ziyarət etmək hüququ verən biletlərin, dəvətnamələrin və digər sənədlərin üzərində yerləşdirmək yolu ilə həyata keçirilir.

Bir neçə hissədən ibarət olan və müxtəlif yaş kateqoriyalarına aid edilən informasiya məhsulunun nümayişi həmin informasiya məhsulunda əks olunan, daha yuxarı yaş kateqoriyasına aid informasiya məhsulunun işarəsi ilə işarələnməklə həyata keçirilir.

Qanun layihəsinin 8-ci (İnformasiya məhsulunun işarələnməsinin xüsusiyyətləri) maddəsində isə qeyd olunur ki, mətbu nəşrlərin yaş kateqoriyasına görə işarəsi aydın seçilən şəkildə və mətbu nəşrin adının şriftinə uyğunlaşdırılmış qaydadanəşrin birinci və ya titul səhifəsində yerləşdirilir.

İnformasiya məhsulunun yayımçıları televiziya yayımı, kino və video xidmətlərinin göstərilməsi zamanı hər bir informasiya məhsulunun nümayişindən əvvəl xüsusi kadrda (səhifədə) informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsinin və yaş məhdudiyyəti barədə xəbərdarlığa dair mətnin yerləşdirilməsini təmin etməyə borcludur.

Audiovizual informasiya məhsulunun yaş kateqoriyasına uyğun uyğun işarəsi onun nümayişindən əvvəl və hər reklam fasiləsindən sonra üç dəqiqə müddətində ekranın künc hissəsində göstərilir.

8.4. İnformasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsi aşağıda göstərilənlərin beş faizindən az olmayan sahəsini tutmalıdır:

1. Teatrların, kino və video nümayişlərin və digər mədəni-kütləvi tədbirlərin afişalarının və repertuar haqqında digər elanların, o cümlədən giriş biletlərinin, dəvətnamələrin və ziyarət hüququ verən digər sənədlərin,

2. audivizual əsərin, kompüter və ya digər elektron oyunların, kompüter proqramlarının elektron daşıyıcılarının və qablaşdırılmasının.

Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları yenilənib

Domen adları və İP ünvanlarının idarə edilməsi üzrə korporasiyanın (ICANN) tələb və tövsiyələrinə əsasən,  oktyabrın 11-də bütün dünyada olduğu kimi, ölkəmizdə də domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirilib. Bu texniki əməliyyat uğurla həyata keçirilib. Prosesin ölkəmizdə fəaliyyət göstərən provayderlərə və adi istifadəçilərə heç bir təsiri olmayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin məlumatına görə, yeniləmədən sonra 48 saat ərzində davamlı olaraq sistemin monitorinqi aparılıb və istifadəçilərin resursa daxil olmasında heç bir problem qeydə alınmayıb.

Sözügedən kriptoqrafiya açarları  2010-cu ildə yaradılıb.  Təhlükəsizlik və internet ünvanlandırma sisteminin bütövlüyünə  cavabdehlik daşıyır. Açarlar hər 5 ildən bir dəyişdirilməli olsa da, 2015-ci ildə bir çox ölkənin provayderlərinin hazırlıqsız olması bu prosesi təxirə salmışdı. Əməliyyat dünyada ilk dəfə olaraq oktyabrın 12-də reallaşdırılıb.

“ICANN”-ın yaydığı məlumata görə,  açarların dəyişdirilməsindən ilk 24 saat ərzində bir neçə ölkədə cüzi problemlər qeydə alınsa da, qısa zamanda aradan qaldırılıb.

Android sistemində yeni təhlükəli virus aşkarlanıb

Cisco şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri Android sistemində yeni oğru-virus aşkarlayıblar. Bu barədə şirkətin bloqunda geniş məlumat verilib.

Mütəxəssislər təhlükəli proqramı GPlayed adlandırıblar.  Zərərli proqramın yaradıcıları dizayn kimi rəsmi Google Play-ı təkrarlayıblar. Proqram yükləndikdən sonra ekranda Google Play Marketplace nişanı peyda olur.

Zərərli proqram vasitəsilə inzibatçı hüquqları kibercinayətkarların əlinə keçir. Onlar proqram vastisəilə zənglər edə bilir və mesajlar göndərirlər. Qurğunun yaddaşında olan məlumatlar arasından maliyyəyə məlumatları oğurlanaraq kibercinayətkarlara ötürülür.

Mütəxəssislərin sözlərinə görə, cinayətkarlar proqramı yeniləyərək mükəmməl hala gətirmək məqsədindədirlər, bu da gələcəkdə Android sistemi ilə işləyən qurğular üçün böyük təhlükəyə çevriləcəkdir.

“Telegram”ın işində problem yaranıb

Dünyanın bir sıra regionlarında “Telegram” messencerinin işində problem yaranıb.

“Report” xəbər verir ki, bu barədə messencerin “Twitter” mikrobloqunda məlumat yayılıb.

“Bizim klaster serverlərindən biri işləmir. Bu, Yaxın Şərq, Afrika və Avropanın bəzi hissələrinə aid ola bilər”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, mütəxəssislər hamını şəbəkəyə qaytarmaq üzərində işləyirlər.

“Windows”un son yeniləməsi kompüterlərin işini dayandırıb

“Windows” əməliyyat sisteminin idarəetməsi altında işləyən kompüterlərin istifadəçiləri yeniləməni quraşdırmaq cəhdindən sonra yaranmış kritik nasazlıqdan şikayət ediblər. Bu haqda “Inquirer” nəşri məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, məlumata görə, “KB4464330” nömrəli versiya “Mənim sənədlərim” qovluğundakı faylların silinməsinə səbəb olan problemi aradan qaldırmalı idi, ancaq daha çox ciddi nasazlıqlara gətirib çıxarıb.

Məsələn, yeniləməni quraşdırdıqdan sonra kompüter yenidən yüklənir və “aradan qaldırıla bilməyən səhv” haqda mesajdan ibarət “Mavi ekran” (BSOD) göstərilir. Nəşrin məlumatına görə, şikayətlərin əksəriyyəti “Hewlett-Packard” noutbuku işlədən istifadəçilərdən daxil olub, həmçinin digər qurğu sahiblərindən də müraciətlər olub.

Texniki dəstək forumunda müzakirə zamanı belə qərara alınıb ki, “HP” şirkətinin öncədən quraşdırılmış proqram təminatının tərkibinə daxil olan “HpqKbFiltr.sys” faylı bu problemi yaradır. Bəzi istifadəçilər bu faylın yerini dəyişdirmək və ya adını dəyişdirməklə “göy ekran” problemini aradan qaldırmağa müvəffəq olublar.

“Facebook” ABŞ-da aralıq seçkiləri öncəsi yüzlərlə səhifəni silib

“Facebook” əməkdaşları tərəflərindən guya əlaqəli şəkildə spam və qəsdən yalan məlumat yayılan 559 səhifə və 251 hesabı silib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin cümə axşamı yayılan məlumatında deyilir.

Bildirilir ki, göstərilən səhifə və profillər guya spam və əlaqələndirilmiş qeyri-həqiqi hərəkətlərlə bağlı qaydaları dəfələrlə pozublar. Onların köməkliyi ilə böyük həcmdə məlumat, xüsusilə sosial şəbəkə administrasiyasının qiymətləndirməsinə görə, bunların siyasi müzakirələr üçün qanuni forum olub-olmaması ilə bağlı insanları çaşdırmağa yönəlmiş nəzəri cəlb edən başlıqlı məlumatlar dərc edilib.

Şirkət noyabrda ABŞ Konqresində keçiriləcək aralıq seçkilərlə əlaqədar olaraq əməkdaşlar tərəfindən görülən tədbirləri sərtləşdirmək qərarına gəlib.

Bildirilir ki, burada söhbət saxta və ya eyni adlı çoxsalı profillərdən gedir.

Qlobal İnternetdə növbəti 48 saat ərzində “crash” ola bilər!

İnternet və onunla bağlı minlərlə xidmət 21-ci əsrdə həyatda qalmaq üçün oksigen qədər vacibdir.Hər kəs kommunikasiya üçün internetə güvənir.Beləliklə, internet istifadəçiləri qarşıdakı 48 saat ərzində müəyyən çətinliklərlə qarşılaşa bilərlər.Bu böyük internet problemi özünü hətta Google, Facebook, and Twitter kimi saytlarda özünü göstərə bilər.

Dünyada interneti kontrol edən əsas serverlər ICANN(Internet Corporation of Assigned Names and Numbers) tərəfindən söndürüləcəkdir.Müəyyən çökmələrə əsas səbəb kimi profilaktik tədbirləri göstərmək olar.ICANN domain adlarının(Domain Name System (DNS)) təhlükəsizliyini təmin etmək üçün şifrələmə açarlarını dəyişir.DNS istifadəçilərə domain adını ip-yə çevirmək üçün kömək edir ki, kompüterlər adı oxuya bilsin.

Communications Regulatory Authority (CRA) hesab edir ki, DNS-in stabilliyini, dayanaqlığını və təhlükəsizliyini təmin etmək üçün bu çox vacibdir.Üstəlik, ICANN bütün dünyada istifadəçilərin ən az problemlərlə qarşılaşması üçün əsas tədbirləri görmüşdür.

Qlobal İnternet çökməsi:Əsas problemlər

Öncədən qeyd edildiyi kimi, ICANN-in texniki işləri həyata keçirməsinə görə milyonlarla internet istifadəçiləri problemlə qarşılaşacaq.Əsasən istifadəçilər internet xidmətlərindən yararlanan zaman və ya saytlara daxil olarkən  müəyyən çətinliklərlə qarşılaşa bilərlər və bu növbəti 48 saat ərzində ola bilər.Bundan başqa internet səhifələri əvvəlki sürətləri ilə müayisədə yavaş yüklənə bilər.Qeyd olunduğu kimi qorxulu heç bir məsələ yoxdur, internet resurslarında hər hansı itkidən söhbət gedə bilməz.Bu proses təhlükəsizliyi üst səviyyədə təmin etmək üçün şifrələnməni yeniləmək əməliyyatıdır.

Mənbə:https://www.techworm.net

Məqaləni tərcümə etdi Yusif Süleymanlı.

Populyar əməliyyat sistemində təhlükəli boşluq aşkarlanıb

Kompüter proqramlarının hazırlanması sahəsi üzrə ekspert Tomas Rid “macOS” əməliyyat sistemində təhlükəli boşluq aşkarlayıb. O, “Apple” kompüterləri üçün təhlükəni “Virus Bulletin” bloqunda təsvir edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta.ru” resursuna istinadən yazır ki, məlumata görə, boşluq “macOS” sistemində faylların yoxlanışı xüsusiyyətləri ilə əlaqədardır. Tədqiqatçı müəyyənləşdirib ki, quraşdırılan kompüter əlavələri istifadəçinin yüklədiyi proqramlardan fərqli olaraq təhlükəsizlik sistemi tərəfindən yoxlanılmır. Quraşdırmadan sonra proqram həqiqi proqramlar siyahısına daxil edilir, təkrar yoxlanışlara isə təsadüfi hallarda rast gəlinir. Cinayətkar üçün işləyən əlavələrə yalnız zərərli kodu daxil etmək qalır.

T.Ridin sözlərinə görə, boşluqdan istifadə çox asandır. “Kodun imzasının yoxlanılmasını tələb etmədən sistemdə quraşdırılan rəsmi əlavəni asanlıqla ələ keçirmək mümkündür. Təəssüf ki, əksər proqram tərtibatçıları bu barədə məlumatlı deyil və öz yoxlamalarını əlavə etməyi düşünmürlər”, – qeyd edib.

Mütəxəssisin fikrincə, bundan istifadə edərək çoxlu əlavəni ələ keçirmək olar. Bununla yanaşı, “macOS” əməliyyat sisteminin normal işləməsi səbəbindən boşluq tez-tez təkrar yoxlanış imkanı əlavə edilməklə yalnız proqram təminatı tərtibatçıları tərəfindən aradan qaldırıla bilər.

Nizam Nuriyev

- reklam -