Ana səhifə Bloq Səhifə 10

“Google” şirkəti 500 min istifadəçi məlumatının sızdığını təsdiq edib

“Google” şirkəti proqramın işində yaranmış problem nəticəsində “Google+” sosial şəbəkəsinin təqribən 500 min istifadəçisinin şəxsi məlumatının aşkara çıxdığını təsdiq edib.

“Report”un xəbərinə görə, təhlil göstərir ki, 438 proqram bu şəxsi məlumatlardan istifadə edə bilər.

Söhbət “açıq” kimi qeyd edilməyən istifadəçi məlumatlarından gedir. Bura əlavə istifadəçi profili məlumatları daxildir: ad, elektron poçt ünvanı, peşə, cinsiyyət və yaş.

“Robitiks” mühəndislik, proqramlaşdırma və rəqəmsal incəsənət kurslarına başlanılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkında “Mars Academy”nin məktəblilər arasında böyük maraq doğuran “Robitiks” kurslarına start verilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, oktyabrın 6-da Yüksək Texnologiyalar Parkında “Robitiks” Mühəndislik, proqramlaşdırma və rəqəmsal incəsənət kurslarına başlanması ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə 100-dən çox məktəbli iştirak edərək rəqəmsal incəsənət nümunələri ilə tanış olub.

Kurslara marağı nəzərə alaraq “YT Park” MMC və “Mars Academy” arasında bağlanacaq əməkdaşlıq memorandumu çərçivəsində məktəblilər üçün kurslar parkın ofisində keçiriləcək.

Məlumat üçün bildirək ki, “Mars Academy”nin missiyası keyfiyyətli STEAM (Science, Technology, Engineering, Art, Math – Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsil proqramları təklif etməklə gələcəyin yenilikçi texnologiya mühəndislərinin yetişməsinə töhfə vermək, kiçik yaşlardan bu sahələrə olan marağın artmasında iştirak etmək, peşə seçimi mərhələsinə gəlib çatmış gənclərə özlərini müxtəlif peşələrdə sınamaqla, düzgün seçim etmələrinə kömək olmaqdır.

Softbank yüzlərlə ölkəni pulsuz elektrik enerjisi ilə təmin edəcək

Yaponiyanın Softbank adlı mediakorporasiyası əmindir ki, onun günəş enerjisinə olan investisiyaları 25 ildən sonra öz bəhrəsini verəcək. Həmin müddətdən sonra texnologiyaların inkişafı ucuz elektrik stansiyaların inşasına imkan verəcək və beləliklə elektrik enerjisi demək olar ki, pulsuz şəkildə insanlara təqdim ediləcək. Müştərilər isə yalnız günəş panellərini təmizləyən robotlara görə ödəniş edəcəklər. Softbank pulsuz elektrik enerjisi ilə Beynəlxalq Günəş İttifaqı-nın (ISA) iştirakçı ölkələrini təmin edəcək.

Qeyd etmək lazımdır ki, bu ittifaqa 120-dən çox ölkə daxildir. Sözügedən planı Softbank-ın CEO-su Masayoshİ Son elan edib. Ölkələr elektrik enerjisinin əldə olunması üçün yalnız ilk 25 il ərzində ödəniş etməli olacaqlar. 25 ildən sonra isə elektrik enerjisi tamamilə pulsuz təqdim olunacaq. 25 ildən sonra ödənişlər yalnız xidmət prosesi üçün olacaq. Son-un sözlərinə əsasən günəş panellərinin təmizlik işləri üçün robotlardan istifadə etmək olacaq. Softbank-ın CEO-nun fikrincə günəş elektrostansiyaları 25 ildən sonra öz bəhrəsini verəcək uğurlu investisiya sahəsidir.

“Google Chrome” 32 milyon qurğuda dəstəklənməyəcək

“Google Chrome” brauzeri “Android 4.1 — 4.3 Jelly Bean” əməliyyat sistemlərində artıq dəstəklənməyəcək.

Əməliyyat sisteminin brauzeri dəstəkləyəcək ən köhnə versiyası “Android 4.4” olacaq.

Portal bu dəyişikliyin dəqiq nə zaman baş verəcəyini açıqlamayıb. Bununla belə, qeyd olunur ki, köhnəlmiş sistem “Android” bazasındakı qadcetlərdən cəmi 3,2 faizində istifadə olunur. Çünki hazırda istifadədə bu əməliyyat sistemi ilə işləyən cəmi 1 milyarda yaxın qurğu var. “Chrome”un dəstəklənməyəcəyi qadcetlərin sayı isə təqribən 32 milyon qurğu təşkil edəcək.

Azərbaycanda sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qanun layihəsi hazırlanır

Azərbaycanda “Sosial şəbəkələrin statusunun tənzimlənməsi haqqında” yeni qanun layihəsi hazırlanır.

“Report”un əldə etdiyi məlumata görə, hazırda ilkin variantda 1 fəsil və 9 maddədən ibarət olan layihədə sosial şəbəkələrdən istifadə, informasiya yayımı və s. məsələlərlə bağlı hüquqi tənzimlənmələr əksini tapıb.

Qanun layihəsinin yaxın vaxtlarda Milli Məclisin komitələrində müzakirəyə çıxarılması gözlənilir.

Layihə üzərində işin yekunlaşacağı təqdirdə sənədin Milli Məclisin payız sessiyasında, yaxud növbəti sessiyada müzakirəyə çıxarılması mümkündür.

Facebook 1.63 milyard dollar cərimə ödəyə bilər

50 milyon Facebookistifadəçisinin fərdi məlumatlarının oğurlanmasından sonra şirkətin səhm qiymətləri 3% aşağı düşmüşdü. İndi isə bu hadisə ilə bağlı sosial şəbəkə 2 milyard dollara yaxın cərimə əldə edə bilər. Cərimənin səbəbi kimi sosial şəbəkənin təhlükəsizlik sistemindəki boşluqdur. Həmin boşluqdan istifadə edərək hackerlər 50 milyon istifadəçinin məlumatlarını oğurlayblar. Bunun üçün hakerlər Facebook-un “View As” funksiyasından istifadə ediblər.

Facebook-un Avropa üzrə işinə İrlandiyanın məlumatlar üzrə təhlükəsizliyi komissiyası nəzarət edir. Komissiya artıq baş vermiş hadisənin hansı miqyasda olduğunu və məlumatları oğurlanmış avropalı istifadəçilər barədə məlumatı şirkətdən tələb edib. Əgər komissiya təyin etsə ki, şirkət Avropa Birliyinin vətəndaşlarının özəl həyat toxunulmazlığı qanunu pozub, şirkət 1.63 milyard dollar cərimə ödəyəcək. Bu qanun GDPR (General Data Protection Regulation) kimi tanınır və bu ilin may ayından bəri qüvvəyə minib.

“iPhone” smartfonuna müdaxilə üsulu aşkar edilib

“YouTube”da yerləşdirilmiş çarxda “Siri” səsli köməkçisinin yardımı ilə “iPhone” smartfonuna müdaxilə üsulu göstərilib.

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, videoda blokdan çıxarma kodunu bilmədən smartfonun telefon kitabındakı kontaktların məlumatlarına müdaxilə nümayiş etdirilib. Bunun üçün qurğuda aktivləşdirilmiş telefon nömrəsini bilmək kifayətdir.

Blokdan çıxarma kodunu daxil etməni keçmək üçün “Siri”nin köməyi ilə “VoiceOver” proqramını işə salmaq, bundan sonra telefona zəng vurmaq və mesajla çağırış etmək lazımdır. Bundan sonra telefon kitabını açmaq və əlaqələrə giriş əldə etmək olar.

Bu problem cari il sentyabrın ortalarında “iPhone” üçün çıxarılmış yeni “iOS 12” əməliyyat sistemində aşkar edilib.

Microsoft klassik Skype proqramlarına dəstəyi dayandırır

Skype 7 və daha aşağı versiyalara dəstək noyabr ayının 1-dən dayandırılacaqdır.

Bu barədə Microsoft şirkəti açıqlama paylaşmışdır. Şirkətin bloqundan verilən məlumata görə Skype 7 və daha aşağı versiyalara dəstək kompüterlərdə 1 noyabr, mobil qurğularda isə 15 noyabr tarixindən biəcəkdir.

Proqramın yeni versiyası Skype 8.0 cari ilin yay aylarında istifadə üçün yaradılmışdır. Əvvəlcə  köhnə versiyalara dəstəyin sentyabrın 1-i tarixində dayandırılması gözlənilsə də, Microsoft şirkəti bu tarixi noyabr ayına kimi uzatmışdır.

Cisco 14 təhlükəli boşluğu aradan qaldırdı

Cisco istehsalçıları yeniləmələri vasitəsilə öz məhsullarında 20-dən çox boşluğu aradan qaldırıblar. Əksər problemlər IOS və IOS XE (ROM Monitor Catalyst 6800 və Webex Meetings Client) əhatə edir. Boşluqlardan 14-ü yüksək səviyyəli (high) boşluq sayılır. Mütəxəssislərin fikrincə real hücumlar zamanı bu boşluqlardan hələki istifadə edilməyib.

Bütün bu boşluqlar DoS-boşluqları olub eləcədə, hüquqların dəyişditilməsi və autentifikasiyadan yan keçməyə xidmət edirdi.

ABŞ-da internetə çıxışı olan qurğularda standart parollar istifadə edilməyəcək

Son illərdə “Əşyalar interneti” qurğularının geniş yayılması onu göstərir ki, sözügedən qurğular yalnız insanların həyatını asanlaşdırmır, həm də hakerlər tərəfindən müdaxilə olduğu halda müxtəlif xoşagəlməz hadisələr yaşana bilər. Məsələn, hakerlər “ağıllı” ev və ya router qurğuları üzərində nəzarəti ələ keçirə bilər. Təhlükəsizlik sahəsi üzrə mütəxəssislər dəfələrlə belə qurğuların təhlükəsizlik sisteminin zəif olmasını vurğulayıb, onlar “Əşyalar interneti” qurğularının ən zəif tərəflərindən biri kimi istehsalçılar tərəfindən başlanğıc ayar kimi quraşdırılan giriş şifrini qeyd ediblər. Kaliforniya ştatının hakimiyyəti bu problemi aradan qaldırmağı planlaşdırır.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, bu yaxınlarda Kaliforniya ştatının qubernatoru Cerri Braun istehsalçıların üzərinə internetə qoşulan qurğuların informasiya təhlükəsizliyinin əlavə təmin edilməsi üzrə öhdəlik qoyan qanun imzalayıb. İnternetə daxil olan qurğuların başlanğıc ayar kimi unikal parola malik olması tələb olunur.

Yeni qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Emil Hüseynov

- reklam -