Domen adları və İP ünvanlarının idarə edilməsi üzrə korporasiyanın (ICANN) tələb və tövsiyələrinə əsasən,  oktyabrın 11-də bütün dünyada olduğu kimi, ölkəmizdə də domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirilib. Bu texniki əməliyyat uğurla həyata keçirilib. Prosesin ölkəmizdə fəaliyyət göstərən provayderlərə və adi istifadəçilərə heç bir təsiri olmayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin məlumatına görə, yeniləmədən sonra 48 saat ərzində davamlı olaraq sistemin monitorinqi aparılıb və istifadəçilərin resursa daxil olmasında heç bir problem qeydə alınmayıb.

Sözügedən kriptoqrafiya açarları  2010-cu ildə yaradılıb.  Təhlükəsizlik və internet ünvanlandırma sisteminin bütövlüyünə  cavabdehlik daşıyır. Açarlar hər 5 ildən bir dəyişdirilməli olsa da, 2015-ci ildə bir çox ölkənin provayderlərinin hazırlıqsız olması bu prosesi təxirə salmışdı. Əməliyyat dünyada ilk dəfə olaraq oktyabrın 12-də reallaşdırılıb.

“ICANN”-ın yaydığı məlumata görə,  açarların dəyişdirilməsindən ilk 24 saat ərzində bir neçə ölkədə cüzi problemlər qeydə alınsa da, qısa zamanda aradan qaldırılıb.

BİR CAVAB YAZIN

Şərhi daxil edin
Adınızı daxil edin