İstirahət və bayram günləri çox vaxt rəqəmsal təhlükəsizlik təhdidləri riski ilə müşayiət olunur. Hədiyyələr, səyahətlər və bu kimi digər təkliflər üzrə onlayn reklamların və elektron poçta gələn məktubların sayı artır. Təəssüf ki, bu təkliflərin çoxu qənaət əvəzinə pulun və ya əmlakın itirilməsinə və istifadəçinin şəxsi məlumatlarının oğurlanmasına səbəb ola bilər. Bütün bunları nəzərə alan “Microsoft” korporasiyası bayram günləri ərzində istifadəçilərin təhlükəsizliyini təmin edəcək siyahı tərtib edib.

√ Alış-verişi etibarlı saytlarda edin

Bəzən, “ən yaxşı təkliflər” gizli zərərli proqram təminatı vasitəsilə gəlir. Təhlükəsizliyi təmin etmək üçün yalnız nüfuzlu və etibarlı saytlar (saytların “https” ilə başlamasından və qarşısında kilid işarəsi olduğundan və şəxsi məlumatları daxil edərkən ödəmə metodlarının təhlükəsizliyindən əmin olun) və rəsmi mağazalarından yüklənən tətbiqlər vasitəsilə alış-verişinizi həyata keçirin, məsələn, www.microsoft.com/store.

√ Bank çıxarışlarınızı yoxlayın

Aylıq bank çıxarışlarınızı diqqətlə izləyin və fırıldaq ödənişlərin olmamasında əmin olmaq üçün onlayn və fərdi alış-verişlərinizi yoxlayın. Siz tərəfdən edilməyən hər hansı ödəniş müşahidə edən kimi dərhal bankla əlaqə saxlayın.

√ Fırıldaqçılığın ən son növlərindən xəbərdar olun

Bir çox fırıldaqçılıq növündən ənənəvi olaraq fəal şəkildə insanların xeyriyyəçiliklə məşğul olan zaman istifadə edilir. Kimsə sosial mühəndislik vasitəsilə sizin şəxsi məlumatlarınıza müdaxilə etdiyi zaman vaxtında xəbərdar olmanız vacibdir. Fişinq kimi fırıldaq sxemlərini və onlardan yan keçmək üsullarını öyrənməyə çalışın.

√ İkifaktorlu autentifikasiyanı aktivləşdirin (2FA)

İkifaktirlu autentifikasiya (2FA) hesabın təhlükəsizliyini artıran əlavə səviyyədə yoxlamanı təmin edir. 2FA həm korporativ, həm də elektron poçt, sosial şəbəkələr, bank əməliyyatları kimi şəxsi hesablar üçün əlçatandır.

√ Etibarlı qoşulmalardan istifadə edin

Yalnız uçot məlumatları tələb edən Wi-Fi şəbəkələrindən istifadə edin. Ödənişsiz və ya ictimai Wi-Fi şəbəkəsindən istifadə etdikdə şəxsi və gizli məlumatlarla paylaşmayın. Təhlükəsiz Wi-Fi bağlantısı əldə edənədək gözləyin və ya məlumatlara daxil olmaq və online alış-veriş etmək üçün mobil internet məlumatlarınızdan istifadə edin.

√ Şəxsi məlumatlarınızı sosial şəbəkələrdə paylaşmayın

Evdən uzaq olmağınız haqqında məlumat oğruların sizə zərər vurması üçün yeganə səbəb ola bilər. Risk etməyə dəyməz.

√ Cihazlarınıza nəzarət edin

Diqqətli olun! Cihazlarınıza nəzarət edin və onları gözdən buraxmayın. Onların daxilində sizin bank məlumatlarınız, sosial media və elektron poçt hesabları, parollar və bu kimi şəxsi məlumatlar ola bilər.

BİR CAVAB YAZIN

Şərhi daxil edin
Adınızı daxil edin