Kompüter virusu, hər şeydən əvvəl bir proqramdır. Virus olaraq adlandırılmasının səbəbi, pis niyyətli şəxslər tərəfindən sizin kompüterinizə və ya sizin kompüteriniz üzərindən başqa insanların kompüterlərinə zərər vermələridir.
İnsanlar niyə virus proqramı yazırlar? Bunun bir çox səbəbi ola bilər. İşdən çıxarılan bir kompüter mühəndisi intiqam məqsədi ilə bir virus yaza bilər ya da yalnız məşhur olmaq istəyən bir insan bir çox kompüterə təsir edəcək bir virus yazıb onunla diqqət çəkməyə çalışa bilər.
Kompüter virusları necə bulaşarlar? Kompüter virusları proqram olduqları üçün, bir şəkildə kompüterinizə kopiyalanmalıdırlar. İnternetə bağlı olmayan, heç bir disket, CD, DVD ya da başqa bir məlumat yığan parça istifadə edilməyən bir kompüterə virus bulaşa bilməz. Ancaq kompüterinizə hər hansı bir şəkildə viruslu bir proqram kopiyalasanız, kompüteriniz işlə/çalışdıqca o özünü sizin fayllarınıza da bulaşdıracaq.
Kompüterimə virus bulaşdığını necə anlaya bilərəm? Kompüterinizdə vərdiş etdiyinizin xaricində şeylər olmağa başlarsa, proqramlaşdırar öz-özünə açılıb bağlanmağa başladılarsa, kompüteriniz öz-özünə bağlanıb yenidən açılırsa kompüterinizə virus bulaşmış ola bilər.
Kompüterimə virus düşməsinin necə qarşısını ala bilərəm? Kompüterinizə antivirüs proqramı quraraq və yeni viruslara qarşı inkişaf etdirilən yeni aktuallaşdırmaları əldə etmək üçün bu proqramı nizamlı olaraq aktuallaşdıraraq kompüter viruslarının böyük qisiminə qarşı özünüzü qoruya bilərsiniz, ancaq %100 qorunma mümkün deyil.
Kompüterimə virus düşsə nə etməliyəm? Kompüterinizə antivirüs proqramı quraraq ya da daha əvvəldən qurmuş olduğunuz antivirüs proqramı ilə virusları axtarın. Antivirüs proqramı tapdığı virusları təmizləyə bilər ya da o faylları karantinə ala bilər. Ancaq hər virus temizlənməyə bilər, bəzi vəziyyətlərdə virusdan xilas olmaq üçün kompüterinizi yenidən formatlaya bilərsiniz.Buna görə də təhlükəsizliyindən əmin olmadığınız flash card`ları, CD və DVD`ləri, E-mail içərisində olan faylları, .EXE fayllarını, chat proqramları vasitəsilə göndərilən faylları qəbul edib, kompüterinizdə açmayın.