Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə həyata keçirdiyi 2020-ci il qrant müsabiqəsinin qalibi olan “Ulduz” informasiya-kommunikasiya texnologiyaları sahəsində maarifləndirmə ictimai birliyinin tərtib etdiyi “Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkarların rolu mövzusunda onlayn seminarların təşkili” layihəsini həyata keçirilir.

Semnarların məqsədi sahibkarlara və eləcədə sahibkarlıq fəaliyyəti ilə yeni başlayanlara e-ticarət və onlayn satış haqqında bilgi verməkdir.  Elektron ticarətlə məşğul olan zaman yarana biləcək problemlər və onların həlləri yolları barədə geniş məlumat veriləcəkdir.

Təşkilatımızın həyata keçirəcəyi seminarlar onlayn şəkildə Zoom proqramı üzərindən təşkil edilir. Seminar ictimai birlik tərəfindən yaradılan facebook səhifəsində canlı yayımlanır.

Keçirilən seminarlar zamanı seminar iştirakçılarının sualları cavablandırılır. İştirakçılar əsasən elektron ticarətə necə başlamaq olar, ƏDV-ni necə geri almaq, Taxfree nədir, beynəlxalq ticarət platformaları eləcədə yerli ticarət platformaları barədə suallar verirlər.

Seminarlarda iştirak etmək şəxslər project@ulduz.org mailinə yazaraq qeydiyyatdan keçməlidırlər.

Seminarların müddəti 1 saat olmaqla 10 dəfə keçiriləcəkdir.

BİR CAVAB YAZIN

Şərhi daxil edin
Adınızı daxil edin