“Kaspersky Lab” şirkətinin dünya üzrə məlumatına* görə, bu yay uşaqlar sosial şəbəkələrdə ünsiyyətə deyil, video-məzmun və musiqiyə üstünlük veriblər. Bununla belə, ən məşhur portallar “Facebook” və “YouTube” olub.

Yay aylarında “Netflix”, “Spotify”, “Soundcloud” və “iTunes” platformaları maraq doğurublar. Lap balacalar isə “Nickelodeon”, “Cartoon Network” və “Disney Channel” kannalarına üstünlük verib və Spanç Bob (“SpongeBob SquarePants”) haqqında multfilimləri izləyiblər.

Artıq neçənci ildir ki, yeniyetmələr arasında rep musiqi janrı daha populyardır, məktəblilər digər repçilərə nisbətən əsasən “XXXTentacion” haqqında məlumat axtarıb və onun mahnılarını digərlərindən daha çox dinləyiblər.

Azərbaycanda proqram təminatı, video və musiqi yer alan saytlara daxil olan gənc istifadəçilərin payı 35,4% təşkil edib. Bundan başqa, yayda uşaqlar onlayn alış-veriş və xəbər resursları ilə daha çox maraqlanıblar: məsələn, BBC, CNN və “BuzzFeed”. Bu dövrdə Azərbaycanda xəbər saytlarına daxil olan uşaqların payı praktik olaraq 6,5% təşkil edib.

Arzuedilməz məzmuna gəldikdə isə, “Kaspersky Lab”ın məlumatına görə, məktəblilər alkoqol, tütün və narkotiklərlə bağlı veb-resurslara az daxil olublar. Azərbaycanda bu cür saytlara daxil olan uşaqların payı 4%-dən aşağı olub.

“Statistika göstərir ki, dünya üzrə müasir uşaqların və yeniyetmələrin maraqları dəyişir: məsələn, yayda onlar xəbər resursları ilə maraqlanmağa başlayıb, kompüter oyunları ilə bağlı saytlara isə maraqları azalıb. Bu, onunla izah olunur ki, bu gün KİV-də, məsələn, yalnız siyasi və iqtisadi mövzular deyil, həmçinin, mədəniyyət, əsasən də, musiqi hadisələri işıqlandırılır. Lakin uşaqların maraqlarının dəyişməsindən asılı olmayaraq valideynlər onların təhlükəsizliyini və internetdə arzuolunmaz məzmun barədə unutmamalıdırlar. Belə hallarda bir çox xoşagəlməz hadisələrdən ailədə etibarlı münasibətlərin qurulması kömək edə bilər, texnoloji baxımdan isə uşaqlar üçün onlayn təhlükəsizlik üzrə proqramlar böyüklərin yardımçısı ola bilər”, — deyə “Kaspersky Lab”ın məzmun analizi üzrə eksperti Anna Larkina bildirib.

“Kaspersky Total Security” və “Kaspersky Internet Security” həlləri “Valideyn nəzarəti” moduluna malikdirlər ki, bu funksiya böyüklərə uçaqları kibertəhdidlərdən qorumağa, əsasən, arzuolunmaz məzmunlu sayt və əlavələri bloklamağa imkan verir. “Kaspersky Safe Kids” məhsulu isə valideynlərə uşağın sosial şəbəkələrdə dərcləri və onun dostlar siyahısında edilən dəyişikliklərə nəzarət etməyə, həmçinin, uşağın real rejimdə harda olmasını bilməyə kömək edir.

Uşaqların internetdə bu yay fəallıqları ilə bağlı ətraflı məlumat linkdə: securelist.ru/kids-summer-threats/91210/.

*Axtarış sorğusunun anonimləşdirilmiş statistikasına əsaslanan məlumatlar (fərdi kompüter, həmçinin “Android” və “iOS”) və veb-saytlara giriş (fərdi və “Mac” kompüterlərindən) 2018-ci ilin iyun ayından avqust ayının ortasınadək “Kaspersky Lab”ın həlləri vasitəsilə əldə olunub.

BİR CAVAB YAZIN

Şərhi daxil edin
Adınızı daxil edin