Məşhur WikiLeaks saytının yaradıcısı Culian Assanc Londonda yerləşən Ekvador səfirliyində 7 il yaşayışdan sonra yerli polislər tərəfindən həbs edildi. Bu barədə 4pda saytı xəbər verib. Casus qalmaqallar, hökumət sıralarında korrupsiyalar, hərbi cinayətlər və s. kimi mövzularda gizli sənədləri paylaşmış avstraliyalı jurnalist Culian Assanc 2012-ci ilin 19 iyun tarixindən bəri Londondakı Ekvador səfirliyində yaşayırdı. “Culian Assanc Ekvador səfirliyini tərk etməyib. Ekvadorun Londondakı səfiri İngiltərə polisini səfirliyə dəvət edib və nəticədə Culian Assanc həbs edilib” – deyə WikiLeaks saytında bildirilib.
London polisinin rəsmi bəyanatında bildirilib ki, Julian Assange, onun 2012-ci ildə məhkəməyə təslim olması təklifindən imtina etməsindən sonra Vestminster regionunun beynəlxalq məhkəməsi tərəfindən çıxarılmış həbs orderi vasitəsilə ekvador polisi tərəfindən həbs edilib. Ekvador hökumətinin Culian Assanc üçün olan sığınacağı geri çağırandan sonra polislər Ekvador səfirliyinin binasına daxil olublar. Hal hazırda o, Londonun mərkəzi polis məntəqəsində saxlanılır və onu yaxın zamanda Vestminster məhkəməsinə təhvil vermək niyyətindədirlər. Bir neçə müddət bundan öncə Ekvadorun prezidenti Lenin Moreno bildirmişdi ki, Culian Assanc dəfələrlə siyasi sığınacaq şərtlərini pozub. Həmin şərtlərə əsasən Culian Assanc yalan danışmamalı və insanların istifadəçi hesablarını, telefonlarını hack etməməlidir.
Buna cavab olaraq WikiLeaks saytının təmsilçiləri Ekvador səfirliyini Culian Assanc üzərində casusluqda günahlandırıblar. Onların sözlərinə görə səfirlik əməkdaşları Culianın minlərlə fotosunu çəkiblər. Bu isə özəl həyata qarışmaq deməkdir. Məlumata əsasən Ekvador hökuməti Culiana verilmiş siyasi sığınacağın geri çağırılması üçün bilərəkdən bəhanələr axtarırmış. “Mən elan edirəm ki, Culian Assancın nəzakətsiz və aqressiv davranışı, onun ittifaq təşkilatının Ekvadora qarşı düşməncəsinə və təhdidcəsinə edilmiş bəyanatları və beynəlxalaq razılaşmaların pozulması ona gətirib çıxardı ki, siyasi sığınacaq Culian Assanc üçün artıq fəaliyyət göstərmir” – deyə Ekvador prezidenti Lenin Moreno bildirib.
Keçən ilin noyabr ayında təsadüfi paylaşımlar nəticəsində gizli sənədlərin yayılması məlum olandan sonra ABŞ-ın Ədliyyə Nazirliyi Culian Assanca qarşı cinayət işi açmışdı, Bundan əlavə olaraq Culian Assanc ABŞ-ın Demokratik partiyasının və Klintonun seçkiqabağı kampaniyasının oğurlanmış kompüterləri vasitəsilə ortaya çıxarılmış gizli materiallar ilə 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkilərinə Rusiyanın müdaxiləsində iştirakında şübhələndirilir. ABŞ-ın Ədliyyə Nazirliyi Rusiyadan olan 12 hackeri kompüterlərin hack olunmasında günahlandırır. Məhkəmənin verdiyi qərarda isə qeyd edilir ki, həmin hackerlərdən biri WikiLeaks ilə əlaqəli olub.
Ekvador prezidentinin sözlərinə əsasən Culian Assanc ABŞ-a ekstradisiya olunmayacaq. Əks halda onu ABŞ-da ölüm hökmü gözləyir. “Bizim, insan hüquqları və beynəlxalq hüquq normalarına riayət etməyimizə əsasən mən, Culian Assancı işgəncələrin və ölüm hökmünün gözlədiyi ölkəyə onun ekstradisiya olunmayacağı üzrə İngiltərə hökumətindən zəmanət tələb etdim. İngiltərə hökuməti isə yazılı şəkildə öz qaydalarına uyğun bunu təsdiq etdi” – deyə Lenin Moreno bildirib.