Bu dəfə Android istifadəçilərini özünə hədəf seçən yeni virus hücumu Google Play Store-da saxta proqram tətbiqləri vasitəsi ilə telefonlara yoluxur. LeakerLocker şəxsi şəkillərinizi, mesajlarınızı, internet brauzer tarixçələrinizi, e-poçtlarınızı ələ keçirdiklərini iddia edərək müəyyən məbləğ qarşılığında sizi təhdid edir və bütün informasiyanı telefonunuzdakı kontaktlara göndərəcəyini bildirir. Qeyd edək ki, minlərlə Android istifadəçiləri bu virusdan zərər şəkmişdirlər. Virus telefonunuza yoluxduqdan sonra onu kilidə salaraq: “Bütün şəxsi məlumatlarınız bizim təhlükəsiz buludumuza köçürülmüşdür. 72 saat ərzində bu məlumatlar sizin telefon və e-poçt kontaktlarınızdakı hər kəsə göndəriləcəkdir. Bundan imtina etmək üçün 50$ ödəməlisiniz.”
LeakerLocker təhlükəsi McCafe kibertəhlükəsizlik qurumu tərəfindən Google-un rəsmi tətbiqlər marketi olan Play Store-dakı iki tətbiqdə “Wallpapers Blur HD ” və “Booster & Cleaner Pro” proqramlarında aşkar edilmişdir. McCafe şirkətinin açıqlamasına görə hər 2 tətbiq barədə Google şirkətinə məlumat verilmişdir və hal-hazırda ekspertlər tərəfindən araşdırılır. Amma buna baxmayaraq LeakerLocker hər hansı bir proqramlar endirilərkən belə yenə də mobil telefonunuza yoluxma təhlükəsi vardır.
Qeyd olunmuş təhlükədən qorunmaq üçün Elektron Təhlükəsizlik Mərkəzi aşağıdakıları tövsiyı edir:
- Bəhs edilən bu 2 tətbiqlərdən (Wallpapers Blur HD və Booster & Cleaner Pro) birini yükləmisinizsə, dərhal silin.
- Play Store-da hər hansı bir proqramı yükləməzdən öncə istifadəçilər tərəfindən yazılmış rəyləri oxuyun, reytinqləri nəzərdən keçirin.
- Tətbiq məzmunundan kənar olaraq telefonunuzdakı kontaktları, şəkilləri, zəngləri idarə etmək üçün sizdən müəyyən icazələr istəyirsə ondan imtina edin və dərhal silin.
- Əgər artıq mobil telefonunuz bu virusa yoluxubsa və sizdən pul tələb edirlərsə, pulu ödəməyiniz məsləhət görülmür. Çünki bu cür hərəkətlər xakerləri daha da həvəsləndirir və buna oxşar hücumların çoxalmasına təkan verir, eyni zamanda heç kəs zəmanət vermir ki, sizin şəxsi məlumatlarınızı ödənişdən sonra silinəcəkdir.
Qeyd edək ki, təhlükə ilə artıq üzləşmisinizsə, Elektron Təhlükəsizlik Mərkəzinin 1654 qaynar xəttinə zəng etməyiniz və ya team@cert.az elektron ünvanına yazmağınız tövsiyə olunur.
Mənbə: www.cert.az