2019-cu ildə kiberməkanda təhlükəsizlik səylərin göstərilməsi və vəsait qoyuluşları üçün əsas məsələlərdən olacaq. Bu barədə növbəti il üçün kibertəhlükəsizlik sahəsində tədqiqat və proqnoz məlumatlarında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, dünyanın rabitə, fərdi məlumatlar və energetika sahəsi üzrə dövlət qurumları haker hücumlarına məruz qalmaq təhlükəsi ilə üzləşib. Bir sıra ölkələr artıq özəl strukturların sərəncamında olan fərdi məlumatlardan gəlir əldə edilməsini nəzərdə tutan qanun layihələri irəli sürüb.

Proqnoza görə, 2019-cu ildə hakerlərin başlıca vəzifəsi bank sorğu, onlayn məlumat saxlama, eləcə də “Əşyalar interneti” sistemlərinin serverlərinə hücumlar olacaq. Eyni zamanda qanunsuz məlumat sızmalarının sayında artım gözlənilir. Bu təhlükənin səbəbi ondan ibarətdir ki, kibertəhlükəsizlik sahəsi inkişafına görə çoxsəviyyəli rəqəmli servis və məlumat saxlama sistemlərindən geri qalır.

Bundan başqa, bir sıra hallarda informasiya sızmasına səbəb olan şirkət əməkdaşları da təhlükə törədir. Bu isə qlobal əhəmiyyətli müəssisələrdə şöbələrin təhlükəsizliyi ilə bağlı fəaliyyətin gücləndirilməsi üçün zəmin yaradır.

Nizam Nuriyev 

Mənbə:http://ictnews.az

BİR CAVAB YAZIN

Şərhi daxil edin
Adınızı daxil edin