Məlum olub ki, ötən həftə Almaniyada baş vermiş ən böyük kiberqalmaqalın təqsirkarı Hessen əyalətindəki gimnaziyalardan birinin tələbəsidir. Bu gənci sosial şəbəkələrdə profillərin “qırılmasında”, yüksəkvəzifəli alman siyasətçilərin və ictimai xadimlərin şəxsi məlumatlarının oğurlanmasında ittiham edirlər. Ümumilikdə, 949 nəfər hakerin qurbanı olub.

AZƏRTAC xəbər verir ki, hakerin yaşını nəzərə alan prokurorluq onun adını və ünvanını açıqlamayıb. Almaniyada gənc vətəndaşlar “gənclik qanunvericiliyi” adlı kateqoriyaya aid edilirlər ki, bu qanun onların şəxsi məlumatlarının açıqlanmasını qadağan edir.

Hadisəni araşdıran alman polisi əvvəlcə bu əməlin xarici ölkələrdən birinin kəşfiyyatı tərəfindən törədildiyini güman edib, lakin ertəsi axşam “casusun” şəxsiyyəti müəyyən edilib və onun evində axtarış aparılıb.

BİR CAVAB YAZIN

Şərhi daxil edin
Adınızı daxil edin